"Altüst Olmuşum", "Dünyanın en güzel kızı", "Ölümle Yaşam Arasında", "İlaç Ol Yaralarıma" kimi mahnıları ilə məşhurlaşan Türkiyənin məşhur rok qrupu Mavi Gri Bakıya gələcək.
Kult.az xəbər verir ki, bu barədə iticket.az saytı məlumat yayıb.
Rok qrupunun sevənləri ilə görüşü martın 7-si məşhur restoranların birində baş tutacaq.
Biletin qiymətləri 25-60 manat aralığındadır.