ABŞ prezidenti Tramp Truth Social sosial media platformasında Baydenin bütün təhlükəsizlik icazələrini ləğv etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, "Co Baydenin məxfi məlumatlara davamlı çıxışı artıq lazım deyil. Ona görə də biz dərhal Co Baydenin təhlükəsizlik icazəsini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq"-deyə, Tramp açıqlamasında bildirib.
O, həmçinin Bayden haqqında hazırlanan prokuror hesabatına toxunaraq, "Bayden qısa yaddaşdan əziyyət çəkirdi və hətta həssas məlumatlara gəldikdə onun yaxşı şəxsiyyətinə belə etibar etmək olmaz. Co, qovuldun!" şərhini verib.
2021-ci ildə ofisi ona təhvil verdikdən sonra Bayden tərəfindən təhlükəsizlik icazələrinin ləğv edildiyini xatırladan Tramp, eyni şəkildə hərəkət etdiyini deyib.
Aytən Yaşar/ Turkustan.az