AZ

"USAID bataqlığı" qurudulur: “Bu, sadəcə qurd topasıdır”

Donald Tramp Ağ evə qayıdışından sonra verdiyi qərarlarla gündəm yaratmaqda davam edir. Onun xarici ölkələrə yardımların 90 gün müddətinə dondurulması barədə sərəncamının ardınca, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı sərgilədiyi mövqe ciddi rezonans doğurub. Belə ki, təşkilat vasitəsi ilə ayrılan yardımlarla bağlı yoxlamalar aparılacaq. Söhbət 50 milyard dollara yaxın vəsaitdən gedir. Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib.

Ağ ev rəhbərinin məlum tutumunun konturlarını Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Maskın son açıqlamalarında görə bilərik. O bildirib ki, USAID-in ləğvi prosesi gedir, təşkilat bərpa oluna bilməz: "Bu, qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".

Mask təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə də ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin də mövqeyi birmənalıdır: “USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir”.

Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ yardımının yalnız 10-13%-i nəzərdə tutulan alıcıya çatır. "Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.

Korrupsiya, narkotik istehsalı, talama

ABŞ mətbuatının məlumatına görə, agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Milyarder Den Pena bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır. Onun sözlərinə görə, bunu hamı bilir, amma heç kim danışmır.

USAID-in adı narkotik vasitələrin satışı və becərilməsində iştirakda da hallanır. Belə ki, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Mediada təşkilatın Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə də xəbərlər yayılıb.

Seçilən
22
7
publika.az

8Mənbələr