Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.
Mia.az Modern.az-a istinadla xəbər verir ki, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.
Mənbələr bildirir ki, tezliklə nazirliyin mətbuat katibi Mais Piriyevlə aparat rəhbəri Cavanşir Yusibov vəzifələrindən azad olunacaqlar: "Artıq onların yerlərinə kimlərin təyin olunacağı haqda da nazirlik dəhlizlərində söhbətlər dolaşmaöğa başlayıb".