AZ

Hayderson Hurtado “Turan Tovuz”da!

Çexiyanın “Yablonets” klubunun kolumbiyalı mərkəz müdafiəçisi Hayderson Hurtado bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Hurtado 2027-ci ilin 30 iyununa qədər Tovuz klubunun uğurları üçün çalışacaq.

Hayderson Hurtado peşəkar karyerasına Braziliyada başlayıb. O, ölkəsində “Genus Porto Velyo”, “İtarare”, “Kaskavel”, PSTC, “Azuriz”, “Parana” kimi klubların şərəfini qoruyub. Müdafiəçi Slovakiyanın “Sered”, “Skalitsa” kimi klublarında da legioner həyatı yaşayıb.

“Yablonets” Haydersonu 2023-cü ilin iyulunda “Skalitsa”dan 400 min avroya transfer etmişdi. O, Çexiya klubunun heyətində meydana çıxdığı 38 oyunda 1 qol vurub. “Turan Tovuz”un Hurtadoya görə Çexiya klubuna nə qədər ödəniş etdiyi açıqlanmır.

“Turan Tovuz” Hayderson Hurtadodan əvvəl Rəhim Sadıxov (“Sumqayıt”), Anton Kraçkovski (“Dinamo”, Mahaçqala, Rusiya), Orxan Əliyev (“Kəpəz”), Kauan Alexandre Martins de Paula (“Brera”, Şimali Makedoniya) və Joarlem Batista Santosu (“Şaveş”, Portuqaliya) da transfer etmişdi. Oto Con (“Əl-Mədinə”, Liviya) ilə yollarını ayırmış Tovuz klubu Sadiq Şəfiyevi də “Kəpəz”ə icarəyə verib.

Seçilən
78
arena.az

1Mənbələr