AZ

Türkiyədən Rusiyaya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin yanvar ayında Rusiyaya dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 4 milyon 78 min 89 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 1 milyon 532 min 644 dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 5,2 faiz artaraq, 126 min 460 dollara bərabər olub.

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.

Seçilən
78
14
turkic.world

10Mənbələr