İsrail dövlətinin 2023-cü il oktyabrın 7-dən bəri davam etdirdiyi hücum nəticəsində 47 518 fələstinli qətlə yetirilib.
"Cebheinfo.az" xəbər verir ki, Qəzza zolağında 245 min 123 evin dağılması ilə yüz minlərlə insan evsiz qalıb.
İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Fondu (İHH) öz könüllülərinin dəstəyi ilə Qəzzada 6 çadır şəhərciyi inşa edib.
Hücumlar nəticəsində öz ölkələrində qaçqın vəziyyətinə düşmüş ailələr üçün 688 çadırla bölgədəki böhrana dəstək verilib.
Yaranan çadır şəhərciklər 870 ailənin yeni evinə çevrildi və şəhər daxilində,məscidlər, təhsil və sağlamlıq mərkəzləri tikməklə qəzzalıların əsas ehtiyaclarını qarşılamaq məqsədi güdürdü.
Konya İHH-nin səyləri sayəsində 300 çadıra ev sahibliyi edən şəhər Qəzzanın ən böyük çadır şəhəridir.