2024-cü il ərzində respublika ərazisində 14 856 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu barədə FHN-dən bildirilib.
2023-cü il ilə müqayisədə 305 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 83 nəfər həlak olmuş, 326 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 114 nəfər xilas edilib, 1450 nəfər təxliyə olunub.