AZ

Ağdamda «Hilton» oteli tikilir

İşğaldan azad edilmiş Ağdam şəhərində «Hilton» oteli tikilir.

FED.az xəbər verir ki, hazırda Ağdam şəhərində «Hilton Garden Inn» otelinin tikintisi davam edir. 2,16 hektar ərazidə inşa edilən oteldə 112 min kvadratmetr tikinti sahəsi olacaq.

«Hilton Garden Inn» otelində 127 otel nömrəsinin olması nəzərdə tutulur. Burada həmçinin qapalı hovuz, fitnes və SPA mərkəzləri, terrasda restoranlar fəaliyyət göstərəcək. Tikinti layihəsinin rəhbəri Sinan Rəcəbli bildirib ki, oteldə işlər yekunlaşmaq üzrədir. Belə ki, dəmir-beton işləri 90 faiz, fasad işləri 70 faiz, daxildə santexnika və bəzək işləri 40-50 faiz yekunlaşıb. Bu ilin axırına işlərin tam başa çatdırılması nəzərdə tutulur.

AğdamdaAğdamdaAğdamda
Seçilən
45
1
fed.az

2Mənbələr