Bakı, TurkicWorld
Çin, Panamanın “Bir Kəmər və Yol” infrastruktur təşəbbüsündən çəkilmək qərarından narahat olduğunu və bu addımın ölkənin maraqlarına xidmət etmədiyini bəyan edib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bazar ertəsi açıqlamasında bildirib ki, xarici işlər nazirinin müavini Zhao Zhiyuan Panamanın Çindəki səfiri ilə görüşüb və Pekinin bu qərardan narazılığını rəsmi şəkildə çatdırıb.
Zhao vurğulayıb ki, Pekin Panamanın qərarından dərin təəssüf hissi keçirir və bu addımın Panamanın həyati maraqlarına uyğun olmadığını düşünür.
"Ümid edirik ki, Panama xarici müdaxilələrdən azad olacaq və ikitərəfli münasibətlərin ümumi vəziyyəti və iki xalqın uzunmüddətli maraqlarına əsaslanaraq düzgün qərar qəbul edəcək." - deyəbəyanatda deyilib.
Qeyd edək ki, “Bir Kəmər və Yol” Təşəbbüsü, Çin Prezidenti Si Cinpinin qlobal nüfuzunu artırmaq üçün başlatdığı nəhəng infrastruktur layihəsidir. Bu təşəbbüs çərçivəsində xüsusilə inkişaf etməkdə olan ölkələrdə limanlar, avtomobil yolları və dəmir yolları kimi əsas infrastruktur layihələri həyata keçirilir və Çinin qlobal təchizat zəncirində iştirakını gücləndirir.