AZ

Bazar günü Bakıda qar yağacağı proqnozlaşdırılır

Azərbaycan ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Azərbaycan Ekologiya Nazirliyi yanında Milli Hidrometeoroloji Xidmətin məlumatına görə, şənbə günü gündüz paytaxtda və Abşeron yarımadasında küləyin gücü 30 m/san-yə çatır. Xəzər dənizində dalğaların yüksəkliyi 5,8 metrə çatır.

Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndidə 4, Qusar, Şahbuzda 1 sm-dir.

Sabah da küləkli və yağıntılı hava şəraiti davam edəcək.

Bazar günü, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntı gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Seçilən
33
49
turan.az

10Mənbələr