AZ

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

İstanbul, 8 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyədə İŞİD terror təşkilatı tərəfdarı olaraq fəaliyyət göstərməsində və təşkilata maliyyə dəstəyi verməsində şübhəli bilinən 47 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, şübhəlilər İstanbul Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırma nəticəsində, ölkənin dörd vilayətində icra olunan əməliyyat zamanı ələ keçiriliblər.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 33-nün həbsinə, 6-nın isə məhkəmə nəzarəti ilə sərbəst buraxılmasına qərar verilib.

Türkiyədə daha iki terror üzvü Ədirnə vilayətində ələ keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilib ki, “Gürz-45” kod adı altında keçirilən əməliyyat nəticəsində, PKK/KCK üzvü iki terrorçu ələ keçirilib. Onlardan biri terror cinayətlərində iştirak etməsi ittihamı ilə axtarışda olanların siyahısında yer alıb.

Seçilən
15
2
azertag.az

10Mənbələr