AZ

Kompani: “Bayern”in müdafiəsi Almaniyada ən yaxşı müdafiədir”

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının “Verder”lə 21-ci tur ev oyunundan sonra şərhi ilə diqqət çəkib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, belçikalı mütəxəssis “Bayern”in 3:0 hesablı qələbəsindən sonra, komandasının müdafiə xəttində fəsadların olması ilə bağlı iddia irəli sürən tənqidçiləri cavablayıb:

“Bizim “Bayern”imizdə elə yüksək tələblər var ki, birdən-ikidən nəsə işləmirsə, bizi tənqid etməyə başlayırlar.

Bizim müdafiəmiz Almaniyada hələ də ən yaxşısıdır, bu, bir gerçəklikdir. Ancaq bu, adi haldır, biz həmişə inkişaf etmək istəyirik. Sakit qalmaq və çaxnaşmaya düşməmək həmişə vacibdir. Həllləri bir kollektiv olaraq axtarmalıyıq, barmağımızı ayrıca kəslərə şəhadətlə yönəltməməliyik”, deyə Kompani vurğulayıb.

21 oyundan 54 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Verder” isə 38 xalla 8-ci pillədədir.

Seçilən
59
arena.az

1Mənbələr