AZ

Ermənistandakı debatlar Azərbaycanda gülünc görünür - Natiq Cəfərli yazır

Ermənistan mətbuatını oxuyuram, maraqlı söhbətlər var.

Ölkədə əməlli-başlı ABŞ-ın Respublikaçılar Partiyası ilə Demokratlar Partiyası arasında dava gedir, sadəcə, ABŞ-ın bundan xəbəri yoxdur. Bu “müharibəyə” ABŞ-dan hər iki tərəf, sadəcə, gəlməyib.

Nikol Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Venslə görüşü haqqında Ermənistan müxalifəti yazır ki, ciddi uğursuzluqdur, Trampla görüş baş tutmayıb.

Paşinyana yaxın mətbuat isə bunu ciddi uğur sayır.

Bundan başqa, müxalifət deyir ki, ar olsun Trampa, 2020-ci ildə Azərbaycanın qələbəsinə mane olmadı, hətta, dəstək də göstərdi – ona görə də, Tramp komandasından kömək gözləmək əbəsdir.

Əks qrup isə deyir ki, rədd olsun Bayden rejimi,o özü şəxsən və komadası 2023-cü ildə Azərbaycanın anti-terror əməliyyatına mane olmadı.

Beləcə "atışmalar"davam edir və bu, kənardan çox gülünc görünür.

Hər iki tərəfin fikirlərindən çıxan nəticə budur ki, Azərbaycana Respublikaçılar da sərf edir, Demokratlar da!

Azərbaycan Baydenin son ilində ABŞ-la münasibətləri minimuma endirdi. Yeni dövrdə isə, əksinə, Respublikaçılarla strateji sənəd imzalamaqla bağlı təkliflər səsləndirir. Amma Ermənistan tələsdi, düz hesablamadı, gedər ayaq Baydenlə ciddi təsisri olmayan sənəd imzaladı, bununla da özü-özünə problem yaratdı.

Seçilən
35
aznews.az

1Mənbələr