AZ

Hansı meyvə insulin həssaslığını artırır?

Hansı

İllinoys Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, mango istehlakı orqanizmin insulinə qarşı həssaslığını artırır və orqanizmin antioksidant müdafiəsini tənzimləyən genin fəaliyyətini artırır. Araşdırma nəticələri Nutrients jurnalında dərc olunub.Alimlər artıq yaxşı bilirlər ki, mango lif və digər bioaktiv maddələr baxımından zəngindir, bu maddələr isə qan xolesterolunun normallaşmasına və bağırsaq florasının işinin yaxşılaşmasına kömək edir. Bu meyvə həmçinin antioksidant xüsusiyyətlərə malikdir ki, bu da oksidləşdirici stresi qarşısını alır və hüceyrələrin yaşlanmasını ləngidir.HansıYeni tədqiqat zamanı alimlər mango meyvəsinin şəkərli diabetlə mübarizədə effektiv bir köməkçi olub-olmadığını araşdırmaq qərarına gəliblər. Nəticələr göstərdi ki, bu meyvənin gündə iki dəfə, dörd həftə müddətində istehlakı insulinin səviyyəsini azaldıb. Bundan əlavə, mango iştirakçılarda orqanizmin antioksidant müdafiəsini gücləndirib.Alimlər izah ediblər ki, orqanizm hüceyrələrinin insulin hormonuna düzgün reaksiya verməməsi (qan şəkərini hüceyrələrə daşıyan) insulinə qarşı müqavimət adlanır. İnsulinin düzgün şəkildə qlükozanı yaymaqda çətinlik çəkməsi qan içində onun yığılmasına səbəb olur və nəticədə şəkərli diabetə gətirib çıxarır.Tədqiqatçılar əlavə ediblər ki, mango istehlakı həmçinin orqanizmin antioksidant müdafiəsini tənzimləyən genin ifadəsini artırıb — bu, iltihabla mübarizə aparmaq qabiliyyətidir. Xroniki, zəif ifadə olunan iltihab insulinə qarşı müqavimət və qan şəkərinin səviyyəsinə mənfi təsir göstərir.Səidə

Diqqət Çəkənlər

Mətbəxin sirri - Analar üçün

Heç Kim Ona İnanmırdı… O, Azərbaycan Tikinti Sektorunda Yeni Dövr Açdı

FHN: Ötən gün 9 nəfər xilas edilib

Seçilən
16
ulusum.az

1Mənbələr