![Öd kisəsi çıxarılanların nəzərinə!](https://e-saglam.az/storage/news/middle/images/2025/2/od-kisesi-alinanlarin-diqqetine-neler-etmek-lazimdir.webp)
Öd kisəsi çıxarıldıqdan sonra bədəndə müəyyən dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərə uyğunlaşmaq sağlam həyat tərzi üçün vacibdir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, yağda həll olunan A, D, E və K vitaminlərinin sorulması çətinləşə bilər. Bu vitamin çatışmazlığının qarşısını almaq üçün qida rasionuna diqqət etmək və lazım gəldikdə əlavələr qəbul etmək tövsiyə olunur.
Yağlı qidaların həzmi çətinləşə biləcəyi üçün daha kiçik porsiyalarla və tez-tez yemək faydalı ola bilər. Liflə zəngin qidalar, paxlalılar və yumurta həzmi yaxşılaşdırmağa kömək edir.
Hormonal balansın qorunması üçün öd axınına nəzarət etmək vacibdir. Vitamin və yağ metabolizması pozulduqda hormonal dəyişikliklər yarana bilər.
Bol su içmək həzm prosesini dəstəkləyir və bağırsaq fəaliyyətini nizamlayır.
Yüngül fiziki fəaliyyət, xüsusilə gündəlik gəzintilər, həzm sistemini aktiv saxlamağa kömək edir.
Müntəzəm həkim müayinələri öd kisəsi çıxarıldıqdan sonra yaranan sağlamlıq risklərini vaxtında aşkar etməyə imkan verir.
Doymuş yağlardan uzaq duraraq mədə-bağırsaq sistemini yükləməmək tövsiyə olunur.
Öd turşusu balansını qorumaq üçün diyetoloq və ya həkim məsləhəti ilə müəyyən əlavələr qəbul edilə bilər.
Həddindən artıq işlənmiş və yağlı qidalardan qaçınmaq həzm sistemini rahatlaşdırır.
Öd kisəsi çıxarıldıqdan sonra qidalanma rejiminə uyğunlaşmaq, sağlamlığı qorumaq üçün vacibdir.
Bu məsləhətləri nəzərə alaraq həyat keyfiyyətinizi yüksəldə və sağlamlığınızı qoruya bilərsiniz.
Tərcümə: Könül Oruc