"Qida sağlamlığımız üçün son dərəcə vacib bir faktordur."
Pediatr Aytən İsmayılova bunu News365.az-a açıqlamasında deyib.
"Qida immun sistemimizə, ümumi sağlamlığımıza, uşaqların inkişafına, boy və çəki artımına, hətta davranışlarına belə birbaşa təsir göstərir. Buna görə də qidalanmamıza xüsusi diqqət yetirməli, düzgün seçimlər etməliyik. Əgər bu sahədə yetərli biliklərimiz yoxdursa, mütəxəssislərə müraciət etməliyik."
Pediatr eyni zamanda aldadıcı qida reklamlarına aldanmamağı da tövsiyə edir:
"Eyni zamanda, günümüzün aldadıcı qida reklamlarına aldanmamaq da vacibdir, çünki yanlış seçimlər sağlamlığımıza ciddi zərər verə bilər. Əgər düzgün qidalansaq və xüsusilə uşaqlarımızın rasionunu onların ehtiyaclarına uyğun şəkildə qursaq, bir çox sağlamlıq problemlərinin qarşısını ala bilərik."