Avtomobildən oğurluq edən şəxsi polis saxlayıb.
Avtosfer.az xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən 1150 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı O.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.