AZ

HƏMAS daha 3 girovu azad etdi


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan daha üç israilli girovu azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə azad edilən 3 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib. Daha sonra girovlar Beynəlxalq Qırmızı Xaç əməkdaşları tərəfindən Qəzza zolağında İsrail hərbçilərinə təhvil verilib.
Daha sonra girovlar IDF xüsusi təyinatlılarının müşayiəti ilə İsrail ərazisinə aparılıb.
“Bir müddət əvvəl azad edilmiş girovlar Or Levi, Ohad Ben-Ami və Eliyahu Şarabi IDF qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gətirilib”, - məlumatda bildirilib.
Hazırda onların burada ilkin tibbi müayinədən keçəcəyi gözlənilir.
Seçilən
27
50
yeniavaz.com

10Mənbələr