AZ

Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq

Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət Katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Report”un Ankara bürosuna hazırda Bakıya səfər edən Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.

 

Səfir deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Səfirin sözlərinə görə, 9-11 fevral tarixlərini əhatə edən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək ikitərəfli siyasi məsləhətləşmələr aparacaq, iqtisadi əlaqələrin dərinləşdirilməsini və regional məsələləri müzakirə edəcəklər.

Seçilən
5
4
sfera.az

5Mənbələr