AZ

Üç girov Qəzza zolağında azad edilərək İsrail hərbçilərinə təhvil verilib

Bakı, 8 fevral, AZƏRTAC

İsrailli üç girov fələstinli radikallar tərəfindən azad edilərək Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail Müdafiə Ordusunun hərbçilərinə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Azad edilmiş üç girov İsrail Müdafiə Ordusu qüvvələrinə Qəzza sektorunda təhvil verildi. Hazırda onlar ordunun xüsusi bölmələri tərəfindən İsrail ərazisinə aparılır və orada ilkin tibbi müayinədən keçiriləcəklər”, – deyə bəyanatda bildirilir.

Seçilən
6
1
azertag.az

2Mənbələr