1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda yeni milli komandanın yaradılması ilə bağlı qərar qəbul ediləcək.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Federasiyadan saytımıza bildirildiyinə görə, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində dayanıb.
Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaqlar.
U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə millilərə ötürməkdir.
Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının seçim dairəsi məhdudlaşır.