AZ

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Rusiyalı alimlər insan nitqində emosiyaları yüksək dəqiqliklə tanıya bilən yeni süni intellekt modeli hazırlayıblar. Tədqiqatçılar bu yeniliyin ən mürəkkəb məzmun formaları ilə işləyərkən mövcud analoqların əksəriyyətini üstələdiyini bildiriblər. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Sber"in mətbuat xidməti məlumat verib.  

"Modelin ilkin kodu açıq şəkildə əlçatandır. Bu, digər alimlərə alətdən istifadə edərək modelin digər dillər və məlumat dəstləri ilə effektivliyini yoxlamaq, onun universallığını artırmaq və real şəraitdə tətbiq imkanlarını genişləndirmək imkanı verir. Belə ki, model rusdilli emosional mətnlər əsasında öyrədilə və daha sonra səsli köməkçilərdə və əlaqə mərkəzlərində tətbiq oluna bilər", – məlumatda qeyd olunur.  

Yeni alqoritm "CA-SER" adlandırılıb və "Sberbank"ın süni intellekt laboratoriyası, "AIRI" İnstitutu və "MFTİ" tədqiqatçıları tərəfindən hazırlanıb. Yaradılan süni intellekt sistemi özünüöyrənmə ("SSL") paradiqması əsasında qurulub və nitqin analizi və emosiyaların tanınması sahəsində geniş istifadə edilən bir neçə yanaşmanı özündə birləşdirir.  

Əvvəlcə sistem nitqin vacib xüsusiyyətlərini aşkar edir, daha sonra isə səsin səviyyəsi və tonallığı kimi əlavə məlumatları nəzərə alaraq, insanın audio spektrdən daha yaxşı qəbul etdiyi səsləri təhlil edir. Bu iki məlumat tipi xüsusi mexanizm vasitəsilə birləşdirilir və bu da nitqin ümumi xüsusiyyətləri ilə detallı xüsusiyyətlərini əlaqələndirərək danışanın emosiyalarını daha dəqiq müəyyən etməyə imkan verir.  

Rusiyalı alimlər bu süni intellekt sistemini və daha doqquz oxşar modeli "IEMOCAP" verilənlər bazasındakı nümunələr əsasında sınaqdan keçiriblər. Bu baza insan emosiyalarını əks etdirən geniş audio yazılar, video görüntülər, mətn transkripsiyaları və digər multimedia məlumatlarını ehtiva edir.  

Testlər göstərib ki, rusiyalı alimlərin hazırladığı model digər süni intellekt sistemlərinin əksəriyyətindən üstün olub və "Facebook"un mürəkkəb quruluşa malik "HuBERT" neyron şəbəkəsi ilə müqayisə edilə biləcək səviyyədədir. Alimlər ümid edirlər ki, bu yenilik səsli köməkçilərin və emosiyaları düzgün tanımağın vacib olduğu digər rəqəmsal sistemlərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.  

Rəhim

Seçilən
50
valyuta.az

1Mənbələr