Ankara, 8 fevral, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi şənbə günü, fevralın 8-də 13 YPG terrorçusunun (PKK-nın Suriya qanadı - AZƏRTAC -ın qeydi) məhv edilməsi barədə məlumat yayıb.
Milli Müdafiə Nazirliyi qeyd edib ki, Suriyanın şimalında “Sülh bulağı” antiterror əməliyyatı aparılan ərazidə silahlıların hərəkəti aşkarlanıb.
Nazirlik terrorçuların yerləşdiyi ərazilərə endirilən hava zərbələrinin görüntülərini paylaşaraq bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara