AZ

HƏMAS daha üç girovu təhvil verdi – 183 məhbus azad ediləcək


HƏMAS qruplaşması üç israilli girovu Qırmızı Xaç işçilərinə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Sərbəst buraxılanlar 53 yaşlı Eli Şarabi, 56 yaşlı Ohad Ben-Ami və 34 yaşlı Or Levidir.
Qızıl Xaça təhvil verilməzdən əvvəl HƏMAS girovların təbliğat xarakterli çıxışlar oxumağa məcbur edildiyi açıq mərasim keçirib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi “bu dəhşətli görüntüləri cavabsız qoymayacaqlarını” bildirib.
Azad edilən girovların müqabilində İsrail bir gün ərzində 183 fələstinli məhbusu azad edəcək ki, onlardan 18-i ömürlük həbs cəzasına məhkum edilib. Azadlığa buraxılan məhbuslardan 7-si azadlığa buraxıldıqdan dərhal sonra deportasiya ediləcək.
Seçilən
15
50
yeniavaz.com

10Mənbələr