AZ

İnsan beyni ilə bağlı mühüm araşdırma: Görün nə tapıldı

Ötən il ölən insanların beyninin araşdırılması zamanı şokedici nəticələr üzə çıxıb.

Publika.az xəbər verir ki, insan beynində əvvəlkindən daha çox mikroplastik var və bu, demensiyaya səbəb ola bilər.

Alimlər 2024-cü ildə dünyasını dəyişən insanların beyinlərini təhlil edərək, onları 2016-cı ildə ölən insanların beyinləri ilə müqayisə edərək, toplanan plastikin miqdarının 50 faiz çox olduğunu müəyyən ediblər. Plastiklərin beyinə daxil olması üçün qan-beyin baryerini keçməlidir.

Bu maneə beyni əhatə edən və zərərli maddələrin daxil olmasına mane olan bir filtr rolunu oynayan hüceyrə təbəqəsidir. Beyində ən çox polietilenə rast gəlinib. Polietilendən paket və birdəfəlik su şüşələrinin hazırlanmasında istifadə edilir. Daha sonra polipropilen və sintetik tapılıb. Bunlardan isə plastik qida və içki qablarının hazırlanmasında da istifadə olunur.

Seçilən
9
1
publika.az

2Mənbələr