AZ

Çində sürüşmə nəticəsində 30 nəfər dağıntı altında qalıb

Pekin, 8 fevral, AZƏRTAC

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət yerli vaxtla günorta saat 12 raədlərində İbin şəhərinin Cinpin kəndində baş verib. Sürüşmə nəticəsində bir neçə ev dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. İki nəfər sağ tapılıb.

Şahin Cəfərov

AZƏRTACın xüsusi müxbiri

Pekin

Seçilən
28
4
azertag.az

5Mənbələr