Qəzzada ölənlərin sayı 48 mini keçdi
2023-cü ilin oktyabr ayından Qəzza zolağında aparılan hərbi əməliyyatlarda ölənlərin ümumi sayı 48 181, yaralananların sayı 111 638 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında qurbanların sayının ümumi statistikasına 572 hal əlavə edilib.
Bu tapıntılar itkin düşmüş şəxslərin hesabatlarını araşdıran məhkəmə komitəsi tərəfindən təsdiqlənib.
Bundan əlavə, son iki gündə Qəzza zolağında xilasedicilər dağıntılar altından 20-dən çox cəsədi çıxararaq, tibb müəssisələrinə çatdırıblar.