AZ

Şolts Trampa meydan oxudu

Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrdən mallara rüsumlar tətbiq etmək niyyətini kəskin tənqid edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Şolts ABŞ-nin rüsum qərarlarının ticarət müharibəsinə və dünya iqtisadi böhranına səbəb ola biləcəyini vurğulayıb. O, qarşıdurma əvəzinə əməkdaşlığa üstünlük verdiklərini bildirib:

"Biz əməkdaşlığa açıq olmağa davam edirik, çünki rüsumlar heç kimə sərf etmir. Əgər ABŞ bu addımı atsa, Avropa Komissiyası cəmi bir neçə saat ərzində cavab verəcək."

Kansler dünya iqtisadiyyatında daha az ticarət maneələrinin olmasının vacibliyini vurğulayıb:

"Qloballaşma dünya üzrə rifah səviyyəsini artırdı. Almaniya öz ixrac sənayesi sayəsində bundan böyük qazanc əldə etdi və bu, belə davam etməlidir."

Milli.Az

Seçilən
25
21
milli.az

10Mənbələr