AZ

Qaş düzəldilən yerdə çıxan göz - "Körpü Bina Tikinti" yaşıllığı məhv edir...

Sökülən "Keşlə" bazarının qarşı tərəfində, Həsən Əliyev küçəsinin başlanğıcında yaşıllığa ciddi ziyan vurulub...

Poliqon xəbər verir ki, bu barədə ətrafda yaşayan sakinlər məlumat veriblər.

Qeyd edilir ki, Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsinin başlanğıcında aparılan təmir tikinti işləri zamanı yaşıllığa bilərəkdən ziyan vurulur. "Körpü Bina Tikinti" şirkətinin gördüyü iş zamanı bir çox ağaclar zədələnib, qırılıb. Görülən işlər nəticəsində ağacların dibindəki torpaq sahələri qazılıb və ətrafdakı ağaclara isə ciddi şəkildə ziyan vurulub.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verib. Tikinti işlərini "Körpü Bina Tikinti" şirkəti aparır.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr