AZ

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Daşa Yazılan Tarix” adlı kitabın təqdimatı Qazaxıstanda keçirilib

Bakı, TurkicWorld

Qazaxıstanın görkəmli dövlət və elm xadimi, akademik Darxan Kıdıralinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Daşa Yazılan Tarix” adlı kitabının təqdimatı Qazaxıstanda keçirilib

6 fevral 2025-ci il tarixində, Astana şəhəri Qazaxıstan Milli Akademik Kitabxanasında görkəmli dövlət və elm xadimi, akademik Darxan Kıdıralinin Fond tərəfindən azərbaycan, türk və qırğız dillərində nəşr olunmuş “Daşa Yazılan Tarix” adlı kitabının təqdimat mərasimi baş tutub.

Təqdimat mərqsimində Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli, Qırğızıstan prezidentinin müşaviri Arslan Köyçiyev, Qazaxıstan prezidentinin müşaviri Bayırcan Ömərov, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə’nin (CICA) baş katibi Kayrat Sarıbay, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu və b. iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz çıxışında “Daşa Yazılan Tarix” kitabının türk xalqlarının mədəni irsinin qorunması və dünya arenasına çıxarılmasında önəmli rol oyandığı ilə bağlı əminliyini bildirib. O, qeyd edib ki, bu nəşrdə Türk dünyasının əsrlərə söykənən zəngin tarixi və mədəniyyəti haqqında mühüm məlumatlar yer alıb.

Tədbirdə çıxış edən qonaqlar kitabı türk dünyasının çoxəsrlik tarixini və zəngin irsini əks etdirən mühüm əsər kimi yüksək qiymətləndirmiş, müəllifə bundan sonra da yaradıcılıq uğurları arzulamışlar.

Kitabın müəllifi, Qazaxıstanın tanınmış dövlət və elm xadimi, akademik Darxan Kıdırali də öz növbəsində “Daşa yazılmış tarix”in Ergenekon və Etüken torpaqlarından başlayaraq türklərin tarixi macəraları haqqında zəngin məzmun daşıdığını vurğulayıb. O, həmçinin təqdimatda çıxış edən iştirakçıların hər birinə təşəkkür edib.

Xatırladaq ki, “Daşa Yazılan Tarix” adlı kitabın təqdimatı Türk Mədəniyyəti və İrsi Fondunun ikin Şura Toplantısı çərçivəsində keçirilib.

Seçilən
50
1
turkic.world

2Mənbələr