AZ

Pikedən "Real"a tənqidi sözlər

style='margin-bottom:10px;'>

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Real"ın La Liqanın hakimlərindən şikayət etməsi haqda danışıb.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun "Espanyol"la matçında (0:1) hakimin işi ilə bağlı rəsmi şikayət ərizəsi təqdim edib.

Pike isə bu haqda öz fikirlərini bölüşüb: “Biz bu hekayəni əvvəllər milyon dəfə yaşamışıq. 120 ildir ki, belədir. Bu kimi şoular "Real"ın üslubudur. Qalib gələ bilməyəndə bütün mexanizmlərdən, mediadan istifadə edərək diqqəti başqa yerə yönəldirlər. Bundan əziyyət çəkən ancaq daha çox təzyiq altında qalan hakimlər olacaq”.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr