Fevralın 8-də İsrailllə Həmas arasında gerçəkləşənm beşinci girov mübadiləsi nəticəsində 183 fələstinli məhbus Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verilib.
Modern.az xəbər verir ki, əəb KİV-lərinin məlumatına görə, İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Ofer həbsxanasından buraxılan fələstinli məhbuslar avtobuslara mindirilib.
183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu bu gün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.