AZ

Zelenski: “Şimali Koreya əsgərləri Kursk cəbhəsinə qayıdıb”

“Rusiya yenidən Şimali Koreya əsgərlərini Kursk cəbhəsinə gətirib”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski sosial media hesabında məlumat yayıb.

Dövlət başçısı Rusiyanın Kursk vilayətində davam edən münaqişədə mövcud vəziyyət barədə məlumat verən videomüraciət paylaşıb: 

“Mən Baş Qərargahdan Donetsk və Kursk vilayətlərindəki vəziyyətlə bağlı hesabat aldım. Kursk əməliyyatının keçirildiyi bölgələrdə yeni hücumlar həyata keçirilib. 

Rusiya növbəti dəfə Şimali Koreya əsgərlərini öz qoşunlarının yanında yerləşdirib. Yüzlərlə rus və Şimali Koreya əsgəri məhv edilib. Bu çox vacibdir.

Çünki Rusiya ərazisindəki atışmalar şəhərlərimizə və torpaqlarımıza yönəlmiş hücumların daha da genişlənməsinin qarşısını alır.

Kursk vilayətindəki 60 min rus əsgəri, artıq Pokrovskda və Donetsk vilayətinin digər istiqamətlərində xeyli sayda olan işğalçı qüvvələrə qoşula bilməyən 60 min əsgər deməkdir. Mən bütün döyüşçülərimizə dözümlülüklərinə və əldə etdikləri nəticələrə görə hər bir briqadamıza minnətdaram”, - deyə Zelenski bildirib.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NİS) fevralın 5-də Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilən Şimali Koreya qoşunlarının yanvarın ortalarından bəri Kursk bölgəsindəki döyüşlərdə iştirak etmədiyini açıqlamışdı.

Ukrayna Xüsusi Qüvvələrinin sözçüsü polkovnik Oleksandr Kindratenko bu yaxınlarda Şimali Koreya rəhbərliyinin göndərdiyi bölmələrin son vaxtlar Kursk cəbhəsində görünmədiyini bildirmişdi. 

“Şimali Koreya əsgərlərinin varlığı təxminən 3 həftədir müşahidə olunmur. Böyük ehtimalla, ağır itkilər verdikdən sonra geri çəkilmək məcburiyyətində qalıblar”, - deyə Kindratenko bildirib .

Britaniya mediası Qərb rəsmilərinə istinadən Şimali Koreyadan göndərilən 11 min əsgərdən ən azı 1000 nəfərinin öldürüldüyü barədə məlumat yayıb. 

Seçilən
46
50
cebheinfo.az

10Mənbələr