AZ

"Beşiktaş" müdafiə xəttini 18 yaşlı ekvadorlu ilə gücləndirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Beşiktaş" klubu heyətini Ekvador millisinin 18 yaşlı müdafiəçisi Keni Arroyo ilə gücləndirib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, gənc futbolçu "Beşiktaş" klubu ilə müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb.
Keni Arroyo Ekvadorun "İndependente" klubunun yetirməsidir. Gənc futbolçu əsas heyətə yüksələrək ümumilikdə 48 oyunda meydana çıxıb, 6 qol vurub, 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Beşiktaş" futbolçunun keçidi üçün "İndependente" klubuna 4 milyon avro ödəniş edəcək.
Seçilən
41
50
oxu.az

10Mənbələr