AZ

Şolts Əl-Şaranı Almaniyaya dəvət etdi

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraya Almaniyaya səfər etmək dəvəti gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verkir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsla ötən gün gerçəkləşən telefon danışığından sonra Əl-Şara özü bildirib.

Olaf Şolts həmçinin Əl-Şaraya Almaniyanın Suriyanın yenidən qurulmasına dəstək verməyə hazır olduğunu da bildirib.

Bundan əvvəl Suriya hakimiyyəti əl-Şaranın Fransaya səfər etmək üçün dəvət aldığını bildirmişdi.

Yanvarın 3-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə getmiş və Əhməd əl-Şara ilə görüşmüşdü.

Seçilən
38
1
modern.az

2Mənbələr