AZ

Şahmat üzrə Azərbaycan çempionatının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib

Bakı, TurkicWorld

Fransada Milli Assambleya birdəfəlik elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.

TurkicWorld xəbər verir ki, qanun layihəsi 163 deputatın dəstəyi ilə təsdiqlənib.

Belə ki, qadağa istehsal, satış və paylanmanı əhatə edir.

Qadağanı pozanlara 100 min avro cərimə tətbiq ediləcək və qayda pozuntusu təkrarlanarsa, cərimə 200 min avroya qədər artırılacaq.

Qadağaya əsas səbəb olaraq, gənclərin sağlamlığının qorunması məqsədi güdülür.

Tütünlə Mübarizə Birliyinin məlumatına görə, 13-16 yaşlı fransızların 18 faizi əvvəllər birdəfəlik elektron siqaret istifadə edib.

Qanunun qüvvəyə minməsi ilə Fransa birdəfəlik elektron siqaretləri tamamilə qadağan edən Avropa ölkələrindən biri olacaq.

Seçilən
69
turkic.world

1Mənbələr