AZ

“Barselona”da itki

“Barselona” İspaniya kubokunun 1/4 finalının “Valensiya” ilə oyununa itki ilə çıxıb.

Bunu komandanın baş məşqçisi Hans-Diter Flik matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib. Alman mütəxəssis “Qavi oyunda iştirak etməyəcək. Protokol bunu deyir. Onun ötən oyun aldığı zərbə ağır idi” deyib.

Qeyd edək ki, Qavi bu mövsüm “Barselona”nın heyətində İspaniya çempionatında zədə səbəbindən 12 matçda meydana çıxıb.

Seçilən
29
football-plus.az

1Mənbələr