AZ

"Lənkəran"ın baş məşqçisi: "Rəqib səhvlərimizdən yaxşı yararlandı"

“Biz qalib gələ bilərdik və bunun üçün də hər şeyi etdik”.

İdman.biz xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XIV turunda "Ordu" ilə qarşılaşmadan sonra deyib.

Belaruslu mütəxəssis məğlubiyyətlərinin səbəbini açıqlayıb: “Komanda tapşırıqları sona qədər icra etməyə çalışdı və sonuncu hücum da bizdə idi. Amma olacağa çarə yoxdur. Təssüf ki, bu gün qələbə qazana bilmədik. Bu oyunumuz son qarşılaşmalarımızdan daha yaxşı alındı”.

Baş məşqçi Maykl Rocersin yoxluğunun komandaya mənfi təsir etdiyini vurğulayıb: "Bu səbəbdən də müdafiədə rotatsiya imkanlarımız azalırdı. 3-cü periodda biz bunun şahidi olduq. Rəqib komanda səhvlərimizdən yaxşı yararlandı. Zalda azarkeşlərimizin dəstəyini hiss etmək çox xoş oldu. Onlara sona qədər yanımızda olduqları üçün minnətdaram. Ümid edirəm ki, oyun keyfiyyətimizi artıraraq tribunalara daha çox fanat cəlb edəcəyik".

Qeyd edək ki, “Lənkəran” "Ordu" 97:98 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
37
1
idman.biz

2Mənbələr