![Ağrı və narahatlığa qarşı qeyri-adi üsul: Qarına lent yapışdırıb yatmaq -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/qarina-yara-bandi-lent-yapisdirmaq.webp)
Son dövrlərdə sosial mediada geniş yayılmış maraqlı bir trend diqqət çəkir – qarına lent yapışdıraraq yatmaq. Bu üsulun həzmi asanlaşdırdığı, qaz ağrılarını azaltdığı və hətta yuxu keyfiyyətini artırdığı iddia edilir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, bu metod çox sadədir. Yatmazdan əvvəl qarına bir lent yapışdırılır və səhərə qədər bu şəkildə qalır. Bəzi insanlar adi sarğılardan, digərləri isə nəfəs alan xüsusi lentlərdən istifadə edirlər.
Bəzi istifadəçilər bu üsulun həzm sisteminə müsbət təsir etdiyini və bağırsaq hərəkətlərini asanlaşdırdığını bildirirlər. Bunun səbəbi tam olaraq bilinməsə də, qarın nahiyəsinə təzyiq göstərməyin rahatlaşdırıcı təsirə malik ola biləcəyi düşünülür.
Qarın nahiyəsinə lent yapışdırmağın sinir sisteminə sakitləşdirici təsir göstərdiyi iddia olunur. Hərçənd bu mövzuda elmi sübutlar yoxdur, bir çox insan bunun stres və yuxusuzluğa kömək etdiyini deyir.
Bəzi şəxslər bu metoddan sonra qarın nahiyəsində istilik hiss etdiklərini və bağırsaq hərəkətlərinin normallaşdığını qeyd edirlər. Bədənin müəyyən nöqtələrinə təzyiq göstərməyin rahatlıq hissi yaratdığı düşünülür.
Elmi olaraq sübut olunmasa da, bir çox insan bu üsulu sınayaraq müsbət nəticələr əldə etdiyini bildirir. Bu, plasebo effekti də ola bilər, lakin yenə də fərqli insanlarda müxtəlif təsirlər göstərə bilər.
Sosial mediada bu metodun arxanı düz tutmağa və düzgün duruşu təşviq etməyə kömək etdiyi də iddia edilir. Bəzi insanlar bunun bədəni formalaşdırmaqda da rol oynaya biləcəyini düşünürlər.
Qarın nahiyəsinə lent yapışdıraraq yatmaq zərərsiz bir təcrübə kimi görünür. Lakin hər kəsin bədən quruluşu və reaksiyası fərqli olduğu üçün ehtiyatlı olmaq tövsiyə edilir.
Tərcümə: Könül Oruc