Bakı,TurkicWorld
ABŞ-ın Alyaska əyalətində itkin düşən Bering Air aviaşirkətinə məxsus Cessna 208B Grand Caravan tipli kiçik sərnişin təyyarəsinin qalıqları tapılıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Təyyarə Unalakleet-Nome reysi ilə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.
ABŞ Sahil Mühafizəsinin açıqlamasına görə, təyyarə Nome yaxınlığında qəzaya uğrayıb və onun qalıqları bölgədə aşkarlanıb.
İlkin məlumata əsasən, təyyarədə olan 10 nəfərdən 3-nün cansız cəsədi tapılıb, lakin digər 7 nəfərin taleyi hələ də naməlum olaraq qalır.
ABŞ-ın Nəqliyyat naziri Şon Daffi isə sosial media hesabında təyyarədə olan bütün 10 nəfərin həyatını itirdiyini bildirib.
Bu qəza, son bir həftə ərzində ABŞ-da baş verən üçüncü aviasiya fəlakəti kimi qeydə alınıb.