AZ

"Üzüklərin hökmdarı"nın ulduzu gizlicə ailə qurdu - FOTO

"Üzüklərin hökmdarı" trilogiyasındakı Frodo Baqqins rolu ilə məşhurlaşan Hollivud aktyoru Elayca Vud danimarkalı prodüser Mette-Marie Konqsved ilə rəsmi nikaha girib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə cütlüyün nikah şəhadətnaməsini əldə edən TMZ nəşri məlumat verib.

Bildirilir ki, aktyor və Mette-Mari gizli evlənməyi qərara alıblar, buna görə də, mərasimin dəqiq tarixi bilinmir.

Lakin bəzi mənbələrin məlumatına görə, toy Yeni il ərəfəsində İsveçdə baş tutub və tədbirdə cütlüyün təxminən 80 yaxın qohumu və dostu iştirak edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
milli.az

1Mənbələr