AZ

“Arsenal”da ciddi itki: 1 ay olmayacaq

“Arsenal”ının 23 yaşlı cinah oyunçusu Qabriel Martinelli zədə səbəbindən bir ay meydanlardan kənarda qalıb.

Publika.az xəbər verir ki, futbolçu İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin “Nyukasl”la cavab oyununda (0:2) zədələnərək 37-ci dəqiqədə meydanı tərk edib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, həkimlər idmançının bud sümüyündə problem aşkarlayıblar.

Qabriel bu mövsüm 35 oyun keçirib və bu oyunda 4 məhsuldar ötürmə edib və 7 qol vurub.

Seçilən
21
publika.az

1Mənbələr