AZ

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

Ukraynanın beynəlxalq ehtiyatları ilin ilk ayında 43 milyard $-a qədər azalıb. Bu barədə "Ukrayna Milli Bankı" (UNB) məlumat yayıb.  

"2025-ci il fevralın 1-nə olan ilkin məlumatlara görə, Ukraynanın beynəlxalq ehtiyatları 43,003 milyard $ təşkil edir", – "UNB"nin saytında bildirilib. "Yanvar ayında ehtiyatlar 1,8 % azalıb".  

"UNB" ehtiyatların azalmasının əsas səbəbləri kimi 535,8 milyon $ həcmində dövlət borcunun ödənişlərini və valyuta bazarında 3,75 milyard $ satışını göstərib. Bununla yanaşı, hökumətin "UNB"dəki hesablarına 3 milyard avro daxil olub.  

Ötən ilin noyabr ayında "UNB" yaxın iki ildə beynəlxalq yardımların 2024-cü il üçün 41,5 milyard $dan 2025-ci ildə 38 milyard $-a, 2026-cı ildə isə 25 milyard $a qədər azalacağını proqnozlaşdırmışdı. Tənzimləyicinin məlumatına görə, bunun fonunda qızıl-valyuta ehtiyatları da tədricən azalaraq 2025-ci ildə 41 milyard $-a, 2026-cı ildə isə 34,7 milyard $-a enəcək.  

Rəhim

Seçilən
58
valyuta.az

1Mənbələr