Bakı, TurkicWorld
İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 9-a yüksəlib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 6 fevral tarixindən İraqın şimalında, Asos bölgəsində keçirilən hava əməliyyatı çərçivəsində daha 6 terrorçu zərərsizləşdirilib. Nəticədə bölgədə zərərsizləşdirilən terrorçuların ümumi sayı 9-a yüksəlib.
Qeyd edək ki, əməliyyatlar istənilən hava və relyef şəraitində fasiləsiz davam etdirilir.