Lənkəran şəhəri, Ləj kəndində yerləşən Natiq Aslanov adına tam orta məktəbdə ciddi boşluqlar var.
Bu barədə Ajans.az-a daxil olan şikayətdə deyilir.
Bildirilir ki, məktəbdə hərbi otaq və hərbiyə aid praktiki ləvazimatların olmaması, həmçinin informatika otağı və fizika-kimya laboratoriyasının mövcud olmaması, şagirdlərin müasir təhsil tələblərinə cavab verə bilməməsinə səbəb olur.