Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 18:00-aolan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli havaşəraiti davam edir.
Xidmətdən Trend-əverilən məlumata görə, belə ki, Abşeron yarımadasının bəziyerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz,Zaqatalada (Əlibəy) arabir qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraqküləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarıxəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yəçatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanınhündürlüyü 4.6 metrə çatıb.
Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa,Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədəkməhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aranrayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıqrayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxtaqeydə alınıb.