AZ

"Barselona"nın baş məşqçisi Flik gələcəyi ilə bağlı açıqlama verib

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis mətbuat konfransında gələcəyi ilə bağlı vəziyyəti şərh edib.

“Mən təzyiq altında deyiləm. Mən bu klubda bu komanda ilə işləməkdən zövq alıram. Bizim çoxlu potensialımız var və mən bunu akademiya oyunçularında görürəm – onlar çox yaxşıdırlar. Müqaviləmin bitməsinə hələ bir ildən çox vaxt var, sonra baxarıq.Bir mövsüm məşqçi üçün uzun müddətdir" 

Bazar günü, “Barselona” İspaniya çempionatında “Sevilya” ilə səfər matçı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
32
90deqiqe.az

1Mənbələr