İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyada Fələstinin radikal HƏMAS hərəkatına məxsus silah anbarlarına hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF ) mətbuat xidməti məlumat yayıb.
Zərbələr Suriyanın cənubundakı Deyr Əli bölgəsində endirilib.
“Anbarlarda saxlanılan silahlar İDF qoşunlarına hücum üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.