Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral il tarixlərində Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Kommunikasiya naziri Fahrettin Altun məlumat yayıb.
Məlumata əsasən, səfərlər zamanı keçiriləcək görüşlərdə adıçəkilən ölkələrlə ikitərəfli münasibətlərə hərtərəfli nəzər salınacağı və mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımların atılacağı bildirilib.
Ərdoğan, İndoneziya və Pakistandakı həmkarları ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək.
Bununla yanaşı, görüşlər zamanı Qəzza başda olmaqla, regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.